525.Az

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilin sonuna qədər görüşəcəklər


 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilin sonuna qədər görüşəcəklər<b style="color:red"></b>

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ilin sonuna qədər görüşmək barədə niyyətlərini təsdiqləyiblər.

APA-nın xəbərinə görə, bu, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiona səfərlərinin yekunlarına dair yaydıqları bəyanatda öz əksini tapıb.

Bildirilib ki, həmsədrlər tezliklə Vyanaya səfər edərək ATƏT-in Daimi Şurasını və onun üzvlərini səfər barədə məlumatlandıracaqlar.

 

 





18.10.2019    çap et  çap et