525.Az

Pompeo: “BMT Təhlükəsizlik Şurası İrana silah embarqosunu yeniləməlidir”


 

Pompeo: “BMT Təhlükəsizlik Şurası İrana silah embarqosunu yeniləməlidir”<b style="color:red"></b>

“Əgər sizi İranın hazırkı hərəkətləri narahat edirsə, o zaman İranın təkmilləşdirilmiş raketlər, dronlar, tanklar və qırıcı təyyarələrlə nələr edə biləcəyini təsəvvür edin”.

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo “Twitter”də yazıb.

O bildirib ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı tətbiq etdiyi silah embarqosunu yeniləməlidir.

“Rusiya və Çin kimi ölkələr İrana yüksək texnoloji silahlar sata biləcəklər. İran da öz növbəsində hər kəsə silah sata biləcək. Bu da Yaxın Şərqdə yeni silahlanma yarışına təkan verəcək”, - deyə dövlət katibi qeyd edib.

 





18.10.2019    çap et  çap et