525.Az

Sosial mənzillərin tikintisi və ipoteka layihələri üçün 142 milyon manat ayrılacaq


 

Sosial mənzillərin tikintisi və ipoteka layihələri üçün 142 milyon manat ayrılacaq<b style="color:red"></b>

Gələn il Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri məqsədilə sosial mənzillərin tikintisi və ipoteka layihələrinin maliyyələşdirilməsi üçün proqnozlaşdırılan vəsaitin həcmi açıqlanıb.

APA-nın xəbərinə görə, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində göstərilib ki, gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri məqsədilə sosial mənzillərin tikintisi və ipoteka layihələrinin maliyyələşdirilməsinə 142 milyon manat sərf ediləcək.

 





19.10.2019    çap et  çap et