525.Az

Tacikistan Rusiyaya nota verib


 

Tacikistan Rusiyaya nota verib<b style="color:red"></b>

 Tacikistanın Moskvadakı səfirliyi “Moskva-Düşənbə” qatarına törədilmiş hücumun araşdırılması tələbi ilə Rusiyanın Xarici İşlər Nazirliyinə nota verib.

APA-nın verdiyi xəbərə görə, bu barədə “İnterfaks”a Tacikistanın Rusiyadakı səfirliyinin rəsmi nümayəndəsi Məhəmməd Eqamzod bildirib. Onun sözlərinə görə, “Rusiya-Tacikistan münasibətlərində belə hadisə indiyədək olmayıb”.
 
Məhəmməd Eqamzodun sözlərinə görə, millətçi şüarlar səsləndirən bir qrup yerli gənc oktyabrın 26 və 27-də Voronej vilayətinin “Ternovka” stansiyasında “Moskva-Düşənbə” və “Moskva-Hücənd” qatarlarına hücum edərək, bir neçə sərnişinə xəsarət yetirib, 7 vaqonun şüşələrini sındırıblar.  

 





29.10.2013    çap et  çap et