525.Az

"Azərbaycanda e-ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçiləri xarici platformalardan sifariş edirlər"


 

"Azərbaycanda e-ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçiləri xarici platformalardan sifariş edirlər"<b style="color:red"></b>

Azərbaycanda elektron ticarətin (e-ticarət) inkişaf dinamikası yüksək olsa da, ölkədə internet istifadəçiləri əsasən tanınmış xarici e-ticarət platformalarından sifariş edirlər.

"APA-Economics"in məlumatına görə, bunu 2-ci “Bakı Elektron Ticarət Forumu” çərçivəsində çıxış edən Azərbaycanın Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, əsas məqsəd daha çox daxili bazarda e-ticarətin payını artırmaq və eyni zamanda milli məhsulların xarici bazarlara çıxarılmasını təşviq etməkdir.

"Azərbaycanda elektron ticarətin inkişafı üçün müvafiq mühit mövcuddur. Əhalinin 80%-dən çoxu internet istifadəçisidir. Ölkədə internet bankçılıq inkişaf edir, logistika sahəsində bir sıra dövlət və özəl şirkətlər fəaliyyət göstərir. Biz elektron ticarətin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm veririk", - deyə R. Quluzadə qeyd edib.

Nazir əlavə edib ki, Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı" ölkələrində rəqəmsal bazarın uyğunlaşdırılması təşəbbüsü çərçivəsində e-ticarətin inkişafı ilə bağlı elektron imzanın qarşılıqlı tanınması üçün qanunvericiliyin inkişaf etdirilməsi, transsərhəd məlumat mübadiləsi, kibertəhlükəsizlik və sair istiqamətlərdə əməkdaşlıq genişləndirilir.

 





21.10.2019    çap et  çap et