525.Az

KOBİA e-ticarətin təşviqi məqsədilə sahibkarlara dəstək verəcək


 

KOBİA e-ticarətin təşviqi məqsədilə sahibkarlara dəstək verəcək<b style="color:red"></b>

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ölkədə elektron ticarətin (e-ticarət) təşviqi məqsədilə sahibkarlara lazımi dəstək veriləcək.

"APA-Economics"in məlumatına görə, bunu 2-ci “Bakı Elektron Ticarət Forumu” çərçivəsində çıxış edə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Agentliyin əsas vəzifəsi məhz ölkədə startap, mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdir ki, bu baxımdan KOBİA biznes mühitinin əlverişliliyinin artırılması, tənzimləmə sisteminin səmərəliliyinin yüksəldilməsi, çoxsaylı dəstək tədbirlərin ünvanlığının və onlara sahibkarların maneəsiz və rahat çıxışının təmin edilməsi kimi geniş və çoxşaxəli fəaliyyət gündəliyinə malikdir.

"Ticarət əməliyyatlarında o cümlədən pərakəndə satışlarda, elektron ticarətin payın artırılması üçün geniş potensialın mövcudluğu, eləcə də bu prosesdə mikro, kiçik və orta sahibkarların daha çevik addımlar atmaq imkanına sahib olduğunu nəzərə alaraq, hesab edirik ki, geniş maarifləndirmə tədbirlərinə zərurət yaranır və buna ehtiyac var", - deyə O. Məmmədov qeyd edib.

 





21.10.2019    çap et  çap et