525.Az

Gənclər arasında nağdsız ödənişlərin formalaşması üçün pilot layihəyə start verilib


 

Gənclər arasında nağdsız ödənişlərin formalaşması üçün pilot layihəyə start verilib<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB), Təhsil Nazirliyi və ölkənin aparıcı universitetləri gənclər arasında nağdsız ödənişlərin formalaşması üçün birgə pilot layihənin icrasına başlayıb.

"APA-Economics"in məlumatına görə, bunu 2-ci “Bakı Elektron Ticarət Forumu” çərçivəsində çıxış edən AMB-nin sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bu məhsulun ictimaiyyət üçün geniş təqdimatı keçiriləcək.

"Qeyd edim ki, bu yeniliklə, cəmiyyətin gənc təbəqəsinin ödəniş bazarına daxil olmasına imkan yaratmaqla, ölkədə müasir ödəniş həllərinin tətbiqinə münbit şərait yaradılacaq və nağdsız cəmiyyətin formalaşmasında bu layihə öz töhfəsini verəcək", - deyə A. Quliyev qeyd edib.

 





21.10.2019    çap et  çap et