525.Az

Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”


 

Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”<b style="color:red"></b>

“Biz ayrı-seçkilik etmədən zalıma zalım, terrorçuya terrorçu, haqsızlığa haqsızlıq, zülmə zülm deməyə davam edəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur.

“Qərb terrorçuların yanında yer aldı. Bəs siz terrorizmə, terrora qarşı idiniz?”, - deyə, Türkiyə prezidenti vurğulayıb.

Sabah Rusiyaya səfər edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəklər.

 





21.10.2019    çap et  çap et