525.Az

Xalq radikalları boykot etdi - Rəylər


 

Xalq radikalları boykot etdi - <b style="color:red">Rəylər </b>

Müxalifətin son şansı da puça çıxdı

19 oktyabrda Bakının mərkəzində radikal müxalifətin-Milli Şuranın keçirmək istədiyi aksiya heç də icazəsiz deyilmiş. Bu aksiyanın icazəsi lap uzaqlardan alınıbmış və icazə verənlərlə icazə alanların məqsədləri də hamıya məlumdur. Mitinqin kimlərdən icazəli olduğunun isbatı isə xarici diplomatlarla aparılan danışıqların aşkarlanması zamanı üzə çıxmış oldu. Bu zaman "İcazə verənləri Azərbaycanda narahat edən nədir" sualı meydana gəlir. Təbii ki, ölkə başçımız İlham Əliyevin "Valday" və Aşqabad görüşlərində səsləndirdiyi fikirləri beynəlxalq səviyyədə rezonans doğurmuş,  bir çox qüvvələri narahat etmişdi. Millət vəkili Azər Badamov deyib ki, həm ölkəmizin iqtisadi gücü, həm regional və beynəlxalq transmilli layihələrdə iştirakımız, həm dünyada artan nüfuzumuz, həm ölkəmizdəki siyasi sabitlik və sosial məmnunluq, dinmaik inkişafımız və prezdentimizn son görüşlədə Qarabağla bağlı səsləndirdiyi sərt və ciddi mesajlar Azərbaycanı istəməyən qüvvələri narahat etməkdədir: "Bəzi beynəlxalq güclər maraqlıdırlar ki, Azərbaycanda siyasi sabitlik pozulsun, hərc-mərclik və xaos yaransın, ölkə müstəqil dövlət kimi məhv olsun və ərəb ölkələrində olduğu kimi, təbii sərvətlərimizi talan etsinlər. Bəzi beynəlxalq strukturlar hələ də təəccüb içindədirlər ki, necə olur Azərbaycan kimi balaca bir ölkə dünyada öz mövqelərini bu şəkildə möhkəmlədə bilsin. Təbii ki, bu uğurlarımız Heydər Əliyev siyasətinin uğurla davamının məntiqi nəticəsidir".

Millət vəkili qeyd edib ki, ölkəmizdə həyat gözəlləşir, Qarabağ məsələsinə yanaşma daha ciddiləşib və sülh yolu ilə torpaqlarımızı işğaldan azad edilməsi istiqamətində diplomatik uğurlarımız düşmənlərimizi nokauta salıb: "Bütün bunlar qeyd etdiyim dairlərin heç də könüllərinə xoş gəlmir və çalışırlar ki, özlərini azərbaycanlı adlandıran həm xaricdəki, həm də daxildəki tərəfdaşlarının əli ilə ölkəmizdə qazanılan uğurlara ləkə gətirsinlər. Əslində Azərbaycan vətəndaşı ölkəmizdə aparılan dövlət siyasətindən məmnundur və dövləti dəstəkləyir. Amma bir sıra qüvvələr var ki, 30 ilə yaxındır ki, eyni dünyagörüşü və eyni baxışları ilə yaşayır və xaricdən aldıqları tapşırıqların icraçılarına çevriliblər. Burada da yenə növbəti sual meydana gəlir. Bəs onlara qoşulan bəzi insanlar nə istəyirlər? Mən aksiyaya cəhdi diqqətlə izlədim və belə bir nəticəyə gəldim: Aksiyaya qoşulan bəzi insanların bir hissəsi burada nə baş verəcəyini gözləyən izləyicilər idi. Diğər hissəsi isə radikal qruplar tərəfindən cəlb olunmuş və özləri nə istədiklərini bilməyən şəxslər idi. Şüarlarına və səsləndirdikləri fikirlərinə baxanda o insanlar haqıında düşünürsən ki, bunlar həqiqətən Qarabağı istəyirlərmi və yaxud, "uşaqpulu"nu niyə şüar edirlər?! Birincisi, onu qeyd etmək istəyirəm ki, Qarabağı istəyən və Qarabağın azad olunması haqqında şüarları və digər şüarlarını dövlətin mitinqə icazə verdiyi yerdə də səsləndirə bilərdilər. Amma oraya gedən tapılmır. İcazə verilmiş yer Qaradağ rayonda yerləşirdi. Əgər o şəxslər Qaradağa getməyə adam tapmırlarsa, o zaman Qarabağa kimlərlə gedəcəklər?! Məqsəd burada Qarabağ deyil, Bakının mərkəzində ictimai asayişi pozmaq, polisi bu işə cəlb etmək, polislə selfi çəkdirmək və bütün dünyaya "youtube" vasitəsilə guya ki, Azərbaycanda aksiyaya qarşı polisin divan tutduğu adı ilə car çəkmək. Təbii ki, Avropada və dünyanı ayrı-ayrı bölgələrində polisin aksiya iştirakçılarına qarşı işlətdiyi müxtəlif işgəncələr bütün dünya mətbuatını zəbt edib və bu gün Azərbaycan polisinin çox mədəni və alicənablıqla aksiyaya cəhd edən insanları qanuna hörmət etməyə dəvət etməsi heç kimə maraqlı olmadı".

Millət vəkili qeyd edib ki, son aksiyanın təşkilatçılarının istəklərinin ürəklərində qaldığı bir daha özünü göstərdi: "Biz müstəqil, hüquqi dövlət qurmuşuq. Dünyada 5 minə yaxın xalq yaşayır. Onlardan anacaq 200-ə yaxınının müstəqil dövləti var. Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu 200-ə yaxın dövlət arasında həm iqtisadiyyatına, həm sosial vəziyyətinə, həm də dünyadakı nüfuzuna görə öndə gedir. Eyni zamanda, dünya ölkələrində  də baş verən prosesləri izləməliyik və nəticə çıxarmalıyıq. Çoxlu ölkələr var ki, təbii resurslar baxımından  bizdən dəfələrlə zəngindirlər, ölkələri də böyükdür, ancaq o ölkələrdə həyat səviyyəsi çox aşağıdır və insanları canlarını qurtarmaq üçün bütün dünyaya səpələniblər. Bəzi ölkələr də var ki, o ölkələrdə içməli su belə  tapılmır. Azərbaycanda isə əmin-amanlıq, sabitlikdir, iqtisadiyyatımız inkişaf edir, insanların sosial rifahı günü-gündən yaxşılaşır, dövlət başçısından tutmuş vətənini sevən hər kəsi də torpaqlarımızın işğal altında qalması narahat edir. Düşünürəm ki, torpaqlarımız da işğaldan azad olunacaq, sosial vəziyyətimiz də daha da yaxşılaşacaq, əmin-amanlıq da daha möhkəm şəkildə qorunub saxlanlacaq. Bunun üçün biz ölkəmizi, dövlətimizi, prezdentimiz sevməliyik. Bədfikirli insanlara qoşulmamalıyıq və ölkə başçısının ətafında sıx birləşərək bir yedə intibaha və gözəl gələcəyə doğru irəliləməliyik".

Millət vəkili Tahir Rzayev qeyd edib ki, hər bir aksiya-mitinq, yürüş müəyyən qanunvericilik çərçivəsində olmalıdır. Qanundankənar heç bir kütləvi aksiya keçirilməməli və buna yol verilməməlidir. Azərbaycan hüquqi, demokratik ölkədir və burada hər bir proses qanunlarla tənzimlənir. İndiyə kimi belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq. Kimlərinisə özünü qanundan yuxarı görməsinə, aparmasına imkan verilməyəcək: "Mən insanları kütləvi mitinqlərə, iğtişaşlara çağırılmasının tərəfdarı deyiləm. Hər şey qanunvericilik çərçivəsində olmalıdır. Hansısa qüvvələr mitinq, kütləvi aksiya keçirəndə icazə almalıdır. Əks halda yaşanan qarşıdurmalardan hansısa tərəfin ziyan çəkməsi, dağıntıların olması dövlətin də imicinə ziyandır. Sonuncu mitinq də bu baxımdan qəbulolunmaz idi. İnsanların kütləvi şəkildə ora axışması, yaşanan xoşagəlməz anlar heç bir halda Azərbaycan cəmiyyəti üçün faydalı deyil. Bunun məsuliyyəti isə insanları iğtişaşlara səsləyən müxalifət liderlərinin üzərinə düşür. Onlar bu məsələdə məsuliyyət daşıyırlar. Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarının, 90-cı illərinin əvvəllərinin, xaosun, anarxiyanın, özbaşınalığın, hüquqi nihilizmin hökm sürdüyü Azərbaycanı deyil. Artıq o dövlər çoxdan geridə qalıb. İndiki Azərbaycan artıq qanunlarla idarə olunan güclü, qüdrətli, müasir, modern və model Azərbaycandır və onun qüdrətli, cəsarətli, müdrik lideri var. Ona görə də kimlərinsə ərköyünlüyünə, cığallığına, özünü qanunlardan üstün tutmasına imkan verilməyəcək. Bunu həmin qüvvələr nə qədər tez anlasalar, bir o qədər özləri üçün yaxşı olar".

Olaylar.az

 





21.10.2019    çap et  çap et