525.Az

Rusiya Azərbaycana daha 60 metro vaqonu tədarük edəcək


 

Rusiya Azərbaycana daha 60 metro vaqonu tədarük edəcək <b style="color:red"></b>

Moskvada "Metrovaqonmaş" ASC ilə "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıblar.

Qeyd edək ki, müqavilə 765 seriyalı 60 ədəd metro vaqonunun "Bakı Metropoliteni" QSC-yə tədarükünü nəzərdə tutur.

 





21.10.2019    çap et  çap et