525.Az

ABŞ səfirliyindən etiraz aksiyası ilə bağlı bəyanat


 

ABŞ səfirliyindən etiraz aksiyası ilə bağlı bəyanat <b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı səfirliyi oktyabrın 19-dakı etiraz aksiyasına aid bəyanat yayıb.

Səfirlikdən APA-ya daxil olan məlumata görə, bəyanatda qeyd edilib ki, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Avropa Birliyinin hadisə ilə bağlı bəyanatını dəstəkləyir.

"Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxslərin tezliklə azadlığa buraxılmasını təmin etməyə çağırırıq", - deyə açıqlamada qeyd olunub.

"Toplaşmaq və söz azadlıqları Azərbaycanın Konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq" ifadəsinin yer aldığı bəyanatda Birləşmiş Ştatların Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirdiyi, həmçinin xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid etdiyi bildirilir.

Qeyd edək ki, oktyabrın 19-da Milli Şura şəhərin mərkəzində razılaşdırılmamış aksiyaya cəhd edib.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya aksiya keçirmək üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsində razılaşdırılmış aksiya keçirməyi təklif edib. Lakin Milli Şura bu ərazinin şəhər kənarında olduğunu qeyd edərək, razılaşdırılmış aksiyadan imtina edib.

 





22.10.2019    çap et  çap et