525.Az

Britaniya hökuməti parlamentə "Brexit" haqqında yeni qanun layihəsi təqdim etdi


 

Britaniya hökuməti parlamentə "Brexit" haqqında yeni qanun layihəsi təqdim etdi<b style="color:red"></b>

Böyük Britaniya hökuməti 17 oktyabrda imzalanmış “Brexit” sazişinə əsaslanan yeni “Brexit” qanun layihəsini parlamentə təqdim edib.

APA xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Sənədin bir bəndinə görə, Avropa Birliyi ilə sazişin qəbul edilməsi ilə əlaqədar parlamentdə ayrıca səsvermənin keçirilməsi ilə bağlı zərurətin ləğvi təklif olunur.

Layihədə göstərildiyi kimi, qanun ikinci oxunuşda qəbul edildikdən sonra parlament tərəfindən təsdiq olunmuş hesab ediləcək.

Bildirilir ki, qanun layihəsi ilə bağlı iclas oktyabrın 22-də keçiriləcək.

 





22.10.2019    çap et  çap et