525.Az

Türkmənistan prezidenti Azərbaycana səfər edəcək


 

Türkmənistan prezidenti Azərbaycana səfər edəcək<b style="color:red"></b>

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək.

APA-nın Türkmənistan Dövlət İnformasiya Agentliyinə (TDX) istinadən verdiyi xəbərə görə, səfər zamanı Q. Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə qatılacaq.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

 





22.10.2019    çap et  çap et