525.Az

Gələn il Sumqayıtda şüşə lövhələrinin istehsalı zavodu istifadəyə veriləcək


 

Gələn il Sumqayıtda şüşə lövhələrinin istehsalı zavodu istifadəyə veriləcək<b style="color:red"></b>

Gələn il Sumqayıt Kimya Sənaye Parkında yerləşən şüşə lövhələrinin istehsalı üzrə zavodun tikintisi başa çatacaq.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu zavodun inşası tikinti materiallarının istehsalı sahəsində olan iri layihələrdən biridir. Layihənin investisiya tutumu 82 mln. ABŞ dolları təşkil edir.

Bundan əlavə, N. Səfərovun sözlərinə görə, hazırda Hacıqabul Sənaye Məhəlləsində tikinti materiallarının istehsalı üzrə avadanlığın buraxılması müəssisəsində tikintisi aparılır.

Nazir müavini onu da qeyd edib ki, Azərbaycan bir sıra tikinti materialları üzrə yerli istehsal hesabına 90%-dən çox ehtiyacını təmin edib.

 





22.10.2019    çap et  çap et