525.Az

"Azərpoçt" təmassız kartlar emissiya edəcək


 

"Azərpoçt" təmassız kartlar emissiya edəcək<b style="color:red"></b>

Bu ilin sonunadək Azərbaycanın poçt rabitə operatoru olan “Azərpoçt” MMC təmassız kartlar emissiya edəcək.

Bu barədə “APA-Economics”ə müəssisədən bildirilib.

MMC-dən qeyd olunub ki, layihə "Mastercard" beynəlxalq kart təşkilatı ilə birgə icra olunacaq.

“Müştərilərin istəyindən asılı olaraq, hazırda istifadədə olan kartlar təmassız kartlarla əvəz oluna bilər”, - deyə "Azərpoct"dan bildirilib.

Qeyd edək ki, bu günədək "Azərpoçt" tərəfindən 250 mindən çox kart emissiya olunub.

 





22.10.2019    çap et  çap et