525.Az

Ərdoğan Türkiyənin Suriyada apardığı hərəkatla bağlı İranın mövqeyini qınadı


 

Ərdoğan Türkiyənin Suriyada apardığı hərəkatla bağlı İranın mövqeyini qınadı<b style="color:red"></b>

“Bizim İranın nüvə proqramı ilə bağlı mövqeyimiz bəllidir. Buna baxmayaraq, təəssüf ki, Suriyanın şimalında apardığımız hərbi əməliyyatlarla bağlı ("Barış bulağı" hərəkatı) İrandan xoş olmayan səslər çıxır”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib.

“İran tərəfindən verilən bəzi açıqlamalar narahatlığa səbəb oldu. Bu açıqlamalar İran Prezidenti cənab Həsən Ruhani tərəfindən verilməsə də, gərək o, həmin açıqlamaları verənləri susduraydı. Bu məsələdə İranı ciddi şəkildə qınayıram”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

 





22.10.2019    çap et  çap et