525.Az

“Standard Insurance” sığorta şirkətinin 17 yaşı tamam olur - Foto


 

“Standard Insurance” sığorta şirkətinin 17 yaşı tamam olur - <b style="color:red">Foto </b>

“Standard İnsurance” ASC sığorta şirkətinin kollektivi 18 Oktyabr Müstəqillik Günü və şirkətin 17 illik fəaliyyəti ilə əlaqədar Ağ şəhər dəniz kənarında tədbir keçirib.

Tədbirdə şirkətin direktorlar şurasının sədrinin müşaviri Ruslan Cəfərov, idarə heyətinin sədri Anar Sadıxov, idarə heyətinin sədrinin müşaviri İbrahim Xəlilli iştirakı ilə yanaşı şirkətin əməkdaşlıq etdiyi korporativ şirkətlərin nümayəndələri Qatar Airways, İnsure.az, Fins.az, Mayson Car Club, İnci şirkətlər qrupu və ArtPak MMC və Baki Biznes Universitetinin (BBU) tələbələri iştirak ediblər.

Tədbir velo yürüşlə başladı. Ağ şəhərdən start götürən veloyürüşə ümumilikdə 100-ə yaxın iştirakçı qatılıb.

Veloyürüşdən sonra qonaqlar vaxtlarını xoş keçirmələri üçün tennis, voleybol, basketbol, şahmat və s. kimi oyunlar  keçirilib.

Xatırladaq ki, ASC "Standard Insurance" SŞ mütəmadi olaraq əməkdaşlıq etdiyi Şirkətlərlə və müəssisələrlə tədbirlər təşkil edir.

ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilibdir.

Həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlayan şirkətin nizamnamə kapitalı başlanqıcda 600 000 yeni Azərbaycan manatına bərabər idi və qısa müddət ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti Azərbaycanın ən sürətlə inkişaf edən sığorta şirkətlərindən birinə çevrildi.

ASC “Standard İnsurance” SŞ öz fəaliyyətini milli, beynəlxalq və korporativ standartların tələblərinə uyğun təşkil etməkdədir. Hazırda şirkət 4 növ icbari, 24 növ könüllü sığorta növü üzrə xidmət göstərir. Şirkət geniş fərdi və korporativ müştəri bazasına malikdir. Bir müddət əvvəl isə, kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə ASC “Standard İnsurance” Sığorta Şirkətinin yeganə səhmdarı “AB Standard” QSC qərar qəbul edibdir. Qərarda yeni səhmlərin emissiya edilməsi yolu ilə Şirkətin nizamnamə kapitalının 1 600 000 (bir milyon altı yüz min) manat həcmində artırılması öz əksini tapıbdır. Bununla əlaqədar, hər birinin nominal dəyəri 100 (yüz) AZN olan, 16 000 (on altı min) ədəd adi adlı sənədsiz səhmlərin emissiyası dövlət qeydiyyatına alınıb.

Zaur Tahirli

 





23.10.2019    çap et  çap et