525.Az

"Tramp iqtisadi təzyiqdən istifadə etməklə Türkiyə ilə birbaşa toqquşmadan qaça bilib"


 

"Tramp iqtisadi təzyiqdən istifadə etməklə Türkiyə ilə birbaşa toqquşmadan qaça bilib"<b style="color:red"></b>

"ABŞ Prezidenti Donald Tramp iqtisadi təzyiqdən istifadə etməklə Türkiyə ilə birbaşa toqquşmadan qaça bilib".

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib. Onun sözlərinə görə, Türkiyə və ABŞ arasında gedən müzakirədən sonra razılaşdırılan 120 saatlıq atəşkəs müddətində müəyyən irəliləyiş olub.

“Bu həqiqətdir ki, hücumu davam etdirmək NATO müttəfiqi olaraq Türkiyənin marağında deyildi. Bu hücum İŞİD-ə qarşı birgə mübarizəmizi dayandırdı. Düşünürük ki, indi daha yaxşı yerdəyik. Prezident Tramp NATO müttəfiqi ilə qarşıdurmaya getməmək üçün Amerikanın iqtisadi qüdrətindən, iqtisadi gücündən istifadə etdi", - deyə Pompeo bildirib.

Pompeo qeyd edib ki, ABŞ Türkiyənin PKK ilə bağlı təhlükəsizlik narahatlığını qəbul edir.

 





23.10.2019    çap et  çap et