525.Az

Putin: “Suriyadakı vəziyyət Konstitusiya komitəsinin işinə başlamasına mane olmamalıdır”


 

Putin: “Suriyadakı vəziyyət Konstitusiya komitəsinin işinə başlamasına mane olmamalıdır”<b style="color:red"></b>

"Türkiyə prezidenti ilə danışıqlarımız Suriya ilə bağlı həyati əhəmiyyətli qərarların qəbul etməsini təmin edib".

APA-nın Rusiya bürosunun  məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidə keçirdiyi danışıqların yekunları ilə bağlı birgə keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya liderinin sözlərinə görə, Ərdoğan ona Türkiyənin Suriyadakı əməliyyatının məqsədi və vəzifəsi barədə ətraflı izahat verib.

Putin onu da bildirib ki, Türkiyə Rusiyanın Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasının vacibliyi ilə bağlı yanaşmasını bölüşür: "Vacibdir ki, Türkiyə Silahli Qüvvələrinin Suriyadakı fəaliyyətindən terrorçular istifadə etməsinlər".

Putin Suriyanın xarici hərbi qüvvələrdən azad olunmasının vacibliyini də söyləyib.

Suriya ərazisindəki vəziyyətdən danışan Rusiya lideri oradakı separatçı əhval ruhiyyənin kənardan qızışdırıldığını vurğulayıb: "Bu regionda terrorçuluq təhlükəsinin artması və  etnokonfessional ziddiyyətlərin artması ilə əlaqədar Türkiyə tərəfinin narahatlığını bölüşürük".

Putin bildirib ki, Suriyadakı vəziyyət Konstitusiya komitəsinin işinə başlamasına mane olmamalıdır.

Qeyd edək ki, bu gün Soçidə Rusiya və Türkiyə prezidentləri arasında Suriya münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar keçirilib. Altı saatdan çox davam edən danışıqların yekununda dövlət başçıları mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında danışıqların yekunu ilə bağlı Memorandumun imzalandığı da bildirilib.

 





23.10.2019    çap et  çap et