525.Az

Putin: "Türkiyə ilə Suriya arasında əməkdaşlıq olmadan sülhü qorumaq olmaz"


 

Putin: "Türkiyə ilə Suriya arasında əməkdaşlıq olmadan sülhü qorumaq olmaz"<b style="color:red"></b>

"Sərhəddə sülhü və sabitliyi türklər və suriyalılar birlikdə qorumalıdırlar. Bu, Türkiyə və Suriya arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq olmadan mümkün deyil".

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidə keçirdiyi danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
 
Qeyd edək ki, bu gün Soçi şəhərində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin arasında Suriya münaqişəsinin nizamlanması ilə bağlı  6 saatdan çox danışıqlar keçirilib.

Danışıqların yekunu ilə bağlı Putin və Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Danışıqların yekunu ilə bağlı birgə Memorandum qəbul olunub.  Memoranduma əsasən, Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal hissəsində birgə patrul xidməti aparacaqlar.

 





23.10.2019    çap et  çap et