525.Az

Şəmkirdə uşaq və gəncləri zorakılıqdan qorumaqla bağlı maarifləndirici tədbir - Foto


 

Şəmkirdə uşaq və gəncləri zorakılıqdan qorumaqla bağlı maarifləndirici tədbir - <b style="color:red">Foto</b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq üçün cəmiyyətin maarifləndirilməsi” adlı 4 aylıq layihənin yekun tədbiri 22 oktyabr tarixində Şəmkir rayonunda Gənclər Mərkəzində keçirilib.

Təşkilatın sədri Lamiyə İsazadə çıxışında məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğundan danışıb. Qeyd edib ki, ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur.

QHT sədri deyib ki, uşaqlıqda psixoloji, fiziki zorakılığa məruz qalan uşaqlar, böyüyəndə bunu özləri də bilmədən şüuraltı öz qurduğu ailədə tətbiq edirlər. Uşaqlara qarşı zorakılıq onların özügüvənini sarsıdır, gələcək həyatında böyük problemlərə səbəb olur.

Tədbirdə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyinin sədri Fuad Bədəlov, Kəlbəcər rayon 74 saylı ümumi orta məktəbin direktoru Elməddin Əsədov, Şəmkir Gənclər Mərkəzinin direktoru Kənan İbrahimov məişət zorakılığının fəsadları haqqında söhbət aparıblar.

Tədbirdə, həmçinin, təhsil işçiləri də çıxış edərək bu mövzu haqqında geniş müzakirələr ediblər.

 





23.10.2019    çap et  çap et