525.Az

Rövzət Qasımov MSK-da, Hafiz İsmayılbəyli Hesablama Palatasında təmsil olunacaq


 

Rövzət Qasımov MSK-da, Hafiz İsmayılbəyli Hesablama Palatasında təmsil olunacaq<b style="color:red"></b>

Milli Məclisin (MM) heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil etmək üçün yeni üzv müəyyənləşib.

Bu barədə məsələ MM-in oktyabrın 22-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Rövzət Afət oğlu Qasımovun MM-in heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün namizədliyi irəli sürülüb. Layihə səsverməyə çıxarılaraq qəbul edilib və R.Qasımov MSK-nın üzvlüyü təsdiqlənib.

Həmçinin, Hesablama Palatasında auditorların sayı artıb. Belə ki, iclasda Hafiz Mahir oğlu İsmayılbəylinin Hesablama Palatasının auditoru təyin edilməsi barədə məsələ də müzakirəyə çıxarılıb.  Bu layihə də səsverməyə çıxarılaraq qəbul edilib.

K. HƏMZƏOĞLU

 





23.10.2019    çap et  çap et