525.Az

İğdırda "20-ci əsrin ilk yarısında türk-erməni əlaqələri" mövzusunda simpozium


 

İğdırda "20-ci əsrin ilk yarısında türk-erməni əlaqələri" mövzusunda simpozium <b style="color:red"></b>

Bu günlərdə Türkiyənin İğdır şəhərində Türk Tarix Qurumunun və İğdır Universitetinin təşkilatçılığı ilə "20-ci əsrin ilk yarısında türk-erməni əlaqələri" mövzusunda I Beynəlxalq simpozium keçirilib.

Dünyanın müxtəlif ölkələrindən - Türkiyədən, Ukraynadan, İrandan, Hindistandan və Azərbaycandan 100 nəfərə qədər alim və tədqiqatçının iştirak etdiyi tədbirə dəvət olunmalarına baxmayaraq,  Ermənistandan heç kim qatılmayıb.

Tədbirin açılış mərasimində İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma, Türk Tarix Qurumunun təmsilçisi professor Hikmət Öksüz, Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir, İğdır valisi Ənvər Ünlü iştirak ediblər.

Azərbaycandan bir qrup  alimin də qatıldığı  beynəlxalq tədbirdə Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu ermənilərin türk və müsəlman toplumuna qarşı törətdiyi cinayətləri Rusiyanın dövlət arxivlərində saxlanılan sənədlər əsasında toplantı iştirakçılarının diqqətinə çatdırıb.

 





23.10.2019    çap et  çap et