525.Az

İqtisadiyyat Nazirliyinin yeni strukturu - Fərman


 

İqtisadiyyat Nazirliyinin yeni strukturu - <b style="color:red">Fərman </b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni strukturunu təsdiqləyib.

APA-nın məlumatına görə, dövlət başçısının oktyabrın 23-də imzaladığı Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu bu şəkildə müəyyənləşib:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri.

6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 23-də İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Fərman imzalayıb. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

 





23.10.2019    çap et  çap et