525.Az

Bakı Biznes Universitetinin əməkdaşları beynəlxalq təlimlərdə


 

Bakı Biznes Universitetinin əməkdaşları beynəlxalq təlimlərdə<b style="color:red"></b>

Bakı Biznes Universitetinin əməkdaşları oktyabrın ikinci ongünlüyündə İsveç Krallığının Kral Texnologiya Universitetində keçirilən "Ali təhsilin inkişaf etdirilməsi" mövzusunda beynəlxalq təlimlərdə iştirak ediblər.

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən "Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Biznes Universiteti İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universitetində 7 ölkənin iştirakı ilə keçirilən beynəlxalq təlimlərdə iştirak ediblər.

Bakı Biznes Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor Eşqin Bayramov, Layihələr şöbəsinin müdiri Gülşən Bayramova və Keyfiyyət Təminatı Mərkəzinin direktoru Cavidan Heydərov təmsil ediblər. 5 gün davam edən təlimlərdə ali təhsilin inkişaf etdirilməsində yeni strategiyalar, dayanıqlı inkişaf və onun ali təhsilə inteqrasiyası, yeni tədris metodlarının və modellərinin tətbiqi, keyfiyyət təminatında CDİO təşkilatının rolu və onun əsas prinsipləri istiqamətində Kral Texnologiya Universiteti tərəfindən təqdimatlar olub, mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Təlimlərinin yekununda Universitet nümayəndələri beynəlxalq sertifkatlarla təltif olunub.

 





23.10.2019    çap et  çap et