525.Az

ADU-nun rektoru Macarıstanla münasibətləri müzakirə edib


 

ADU-nun rektoru Macarıstanla münasibətləri müzakirə edib<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstanın ELTE Universitetinin nümayəndəsi Benedek Peri ilə görüşüb.

Rektor Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib. Təhsil ocağının rəhbəri Macarıstan-Azərbaycan arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Rektor, həmçinin, Macarıstanın ölkədəki səfirliyi və ADU arasında olan əlaqələrin təhsil sahəsində səmərəli nəticələr verdiyini qeyd edib. Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə macar dilinin vacibliyindən söz açıb.

Benedek Peri təmsil etdiyi qurum haqqında məlumat verib. O, Azərbaycan-Macarıstan arasındakı əlaqələrin inkişafını yüksək qiymətləndirib.

Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, "Türkologiya" jurnalının dərc olunması və məqalələri haqqında müzakirələr aparılıb.

S.QARAYEVA

 





23.10.2019    çap et  çap et