525.Az

Bakı Şəhəri üzrə Təhsil İdarəsində iki nəfər işdən çıxarıldı


 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində iki nəfər işdən çıxarıldı<b style="color:red"></b>

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur dəyişiklikləri aparılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dəyişikliklərin əsas məqsədi BŞTİ-nin fəaliyyətinin səmərəliliyinin artırılmasından, idarəetmədə müasir üsulların tətbiqinə və şəffaflığın təmin edilməsinə nail olmaqdan ibarətdir.

Yeni struktura uyğun olaraq, Nailə Rzaquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Məmmədəli Kəsəmənli, Nərgiz Səfərova və Hüseyn Əsgərov BŞTİ-nin müdir müavinləri vəzifələrinə təsdiq olunublar. Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinin icrası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə edilib.

İdarədə digər kadr dəyişiklikləri də aparılıb.

Bundan öncə N.Rzaquliyevanın müavinləri Bayramov Məhəmməd , Qəzənfərov Müslüm və Hüseyn Əsgərov idi. İndi isə Məhəmməd Bayramov və Müslüm Qəzənfərov vəzifələrindən kənarlaşdırılıblar.

 





30.10.2013    çap et  çap et