525.Az

İspaniya diktatoru Frankonun qalıqları ekskumasiya edildi


 

İspaniya diktatoru Frankonun qalıqları ekskumasiya edildi <b style="color:red"></b>

Madrid yaxınlığında “Şəhidlər Vadisi” monumental kompleksində dəfn olunmuş İspaniya diktatoru Fransisko Frankonun qalıqları ekskumasiya edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya hökuməti məlumat yayıb.

44 il əvvəl Frankonun dəfn olunduğu tabut qəbirdən çıxarılıb. İspaniya hökumətinin səlahiyyətliləri prosedur həyata keçirilərkən mobil telefonların istifadəsinə qadağa qoyub, media nümayəndələrinin də iştirakına icazə verilməyib.

Bildirilir ki, keçmiş diktatorun ekskumasiyası üçün hökumət 63 min avro xərc çəkməli olub.

Keçmiş diktatorun qalıqları helikopterlə El-Pardo-Minqorrubio qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq. Dəfn mərasimində Frankonun 22 qohumu iştirak edəcək. O, 1988-ci ildə vəfat etmiş həyat yoldaşı Karmen Polonun yanında dəfn olunacaq.

Qeyd edək ki, keçmiş diktatorun ekskumasiyası ilə bağlı təşəbbüs 2018-ci ili iyununda hakimiyyətə gələn İspaniya sosialist hökuməti tərəfindən irəli sürülüb. Nazirlər Kabineti bununla əlaqədar olaraq tarixi yaddaşla bağlı qanuna müəyyən düzəlişlər edib. Diktatorun ailəsi qalıqların Almuden Kilsəsinin nəzdindəki qəbiristanlıqda dəfnini istəsələr də, hökumət buna icazə verməyib.

 





24.10.2019    çap et  çap et