525.Az

Elman Rüstəmovdan istefa verdiyi barədə məlumatlara münasibət


 

Elman Rüstəmovdan istefa verdiyi barədə məlumatlara münasibət <b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyərinin sədri Elman Rüstəmov tutduğu vəzifədən istefa verməsi ilə bağlı bəzi KİV-də dərc olunmuş xəbərlərə münasibət bildirib.

“APA-Economics”in məlumatına görə, E. Rüstəmov yazılanları təkzib edib:

“Mən bu gün qarşınızda Mərkəzi Bankın sədri kimi çıxış edirəm. Bu postdayam, öz fəaliyyətimi davam etdirirəm. Media nümayəndələrinə məsləhətim odur ki, belə xarakterli informasiyaları həmişə rəsmi mənbələrdən götürsünlər”.

 





25.10.2019    çap et  çap et