525.Az

2017-ci ilədək məktəblərdəki çoxnövbəlilik ləğv ediləcək


 

2017-ci ilədək məktəblərdəki çoxnövbəlilik ləğv ediləcək<b style="color:red"></b> Azərbaycanda 2017-ci ilə kimi orta məktəblərdə çoxnövbəliliyin ləğvi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu, Milli Məclisə təqdim edilmiş, 2014-2017-ci illəri əhatə edən ortamüddətli iqtisadi-sosial inkişaf konsepsiyasında nəzərdə tutulur.

Konsepsiyaya görə, məktəblərdə çoxnövbəliliyin yeni məktəb binalarının və əlavə korpusların tikilməsi, mövcud məktəblərin təmiri nəticəsində ləğv edilməsi planlaşdırılır.

Bu işlərin sayəsində məktəblərdə beşgünlük tədris həftəsinə keçmək və bununla da bütün şagirdlər üçün əlverişli təlim şəraiti yaratmaq nəzərdə tutulur.
 





31.10.2013    çap et  çap et