525.Az

Tramp Bağdadiyə qarşı əməliyyatda yaralanan itin fotosunu paylaşdı


 

Tramp Bağdadiyə qarşı əməliyyatda yaralanan itin fotosunu paylaşdı <b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadiyə qarşı əməliyyatda xəsarət alan xüsusi təlim görmüş itin fotosunu “Twitter”də paylaşıb.

APA-nın xəbərinə görə, D. Tramp bildirib ki, it hazırda bərpa prosesi keçir.

Ağ Evin “Twitter” səhifəsində də həmin itin fotosu paylaşılıb.

“Çox yaxşı oğlandır”, - deyə qeyd olunub.

ABŞ Prezidenti bildirib ki, İŞİD liderinə qarşı əməliyyatda ABŞ Silahlı Qüvvələrinin xüsusi təlim görmüş itləri iştirak edib. Onun sözlərinə görə, ABŞ tərəfindən yalnız bir it xəsarət alıb.

“The New York Times” qəzeti ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsinə istinadən xəbər yayıb ki, həmin it Ağ Evə dəvət edilib və ABŞ Prezidenti onunla görüşmək istəyir.

Xatırladaq ki, Prezident D. Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.

 





29.10.2019    çap et  çap et