525.Az

Məktəblərdə dərslik problemi həll olundu


 

Məktəblərdə dərslik problemi həll olundu<b style="color:red"></b> “Orta məktəblərdəki dərslik çatışmazlığı problemi artıq həll edilib. Bu problem ona görə yaranmışdı ki, I siniflərin sayı ilə bağlı əvvəlcən verilmiş proqnoz özünü doğrultmamışdı”.

525.az-ın məlumatına görə, bunu jurnalistlərə acıqlamasında təhsil Naziri Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, dərs ili başlayanda bəlli olub ki, I sinfə gedən şagirdlərin sayı proqnozlaşdırılandan daha cox imiş:

“Ona görə də biz təcili olaraq, həmin dərslikləri müvafiq nəşriyyatlarda çap etdirdik və yerlərə çatdırdıq. Artıq bu məsələ həll olunub və I siniflərin dərsliklə bağlı problemi yoxdur”.

S.QARAYEVA
 





11.10.2012    çap et  çap et