525.Az

Böyük Britaniya baş nazirinin ticarət elçisi AzMİU-da - Foto


 

Böyük Britaniya baş nazirinin ticarət elçisi AzMİU-da - <b style="color:red">Foto </b>

Oktyabrın 29-da Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp və “British Council” in Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı  olublar.

Səfər zamanı qonaqlar  öncə rektor və universitet əməkdaşları ilə qısa görüş keçiriblər. Qonaqlar universitetə qısa tanışlıq turu edərək Creative Spark layihəsi çərçivəsində reallaşdırılan işlərlə tanış olublar.

Qonaqlar “Creative Spark” proqramı çərçivəsində təşkil olunan English Club-ın açılış mərasimində iştirak edərək dərs prosesini izləyiblər.

Qeyd edək ki, English Club 6 ay davam edəcək və tələbələrə ödənişsiz ingilis dili tədris olunacaq.

Daha sonra qonaqlar Lester Universitetinin eksperti Emily Christine tərəfindən keçirilən “Creative Spark” vorkşopuna qatılıblar.

Eləcə də AzMİU-da fəaliyyət göstərən İnnovativ Biznes İnkubatorun dəstəyi ilə hazırlanan Start-up layihələri ilə tanış olub, ölkə üzrə qalib olmuş tələbələr və müəllimlərlə söhbətlər aparıblar.

 

 





30.10.2019    çap et  çap et