525.Az

Hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurdu


 

Hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurdu <b style="color:red"></b>

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza metronun "28 May" stansiyasının yaxınlığında qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Gülalıyev Oktay Əligüşay oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra o, özəl klinikaların birinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, O.Gülalıyev hüquq müdafiəçisidir.

 





30.10.2019    çap et  çap et