525.Az

Firəngiz Əlizadə: "Son illər bəstəkarlarımız irihəcmli əsərlərə müraciət etmirlər"


 

Firəngiz Əlizadə: "Son illər bəstəkarlarımız irihəcmli əsərlərə müraciət etmirlər"<b style="color:red"></b>

"Bizim bəstəkarlarımız son zamanlar irihəcmli əsərlərə müraciət etmirlər".

APA-nın məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında hesabat məruzəsi ilə çıxış edən sədr Firəngiz Əlizadə deyib.

Onun sözlərinə görə, 1979-cu ildə ümummilli lider Heydər Əliyev ABİ-nin V qurultayında çıxış edən zaman bəstəkarlara irihəcmli əsərlər yazmağı tövsiyə edib: "Təəssüf ki, son illər bəstəkarlarımız irihəcmli əsərlərə çox az müraciət edirlər. Mən istərdim ki, bəstəkarlarımız buna diqqət etsinlər. Son illər səhnə janrında da az əsər yazılır".

F. Əlizadə Azərbaycan bəstəkarları haqqında internetdə məlumatların az olmasından da şikayətlənib: "Biz istərdik ki, alman, ingilis, fransız bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarları haqqında məlumatlar da internetdə geniş şəkildə yer alsın".

O, həmçinin 2013-2019-cu illəri əhatə edən hesabat dövründə bəstəkarlarımızın qazandıqları uğurlardan, həyata keçirilmiş layihələrdən, gənc istedadlara göstərilən dövlət qayğısından danışıb.

 





30.10.2019    çap et  çap et