525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Dəyişikliklərin tempindən şoka düşənlər çoxdur

Baş verənlərə radikal islahat da demək olar, inqilabi dəyişikliklər də, səssiz inqilab da. Prezident başqa xalqların qanla, dava-dalaşla, dərin qarşıdurmayla əldə etdiklərini öz əzmi, inamı, ağayana təmkini və möhkəm iradəsiylə, həm də ardıcıl və sürətlə reallaşdırır. İnqilabi dəyişikliklərin başında da özü dayanır. Lider yenə özüdür. Sürətli zamanın ritminə, təzələnən dövrə ən iti və diri reaksiyanın da müəllifi odur. Addımları qürur doğurur.

Dəyişikliklərin tempindən şoka düşənlər çoxdur - daxildə də, xaricdə də. Amma ayıq və soyuqqanlı təbəqə, həssas müşahidəçilər baş verənləri yüksək qiymətləndirir, rəğbətlə qarşılayır. Cəmiyyət mahir siyasətçinin, mütərəqqi dünyagörüşlü, əzmkar və iradəli dövlət başçısının, usta idarəedicinin qeyri-adi və radikal gedişlərini heyranlıqla müşahidə edir. Üstəlik, indi üsyankar gənclik də, narazı elektorat da - yenilik və dəyişiklik istəyən hər kəs Prezident İlham Əliyevin tərəfindədir.

Uğur və qalibiyyətin bütün açarları onun əlindədir.

***

Prezidentin fikirlərində çoxlu, dərin mesajlar vardı...

***

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla daha çox mədəni tədbirlərdə, teatrlarda rastlaşırıq. Onun mədəniyyətə, teatra isti münasibətinin şahidiyəm. Bu gün məni "Neft Daşları" yatağının 70 illiyi münasibəti ilə Bakı Ali Neft Məktəbinin tələbələrinin səhnələşdirdiyi "O olmasın, bu olsun" operettasına baxmağa dəvət etmişdi. Operettanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi.

Elmar müəllim çıxışında dedi ki, "Neft Daşları" yatağının 70 illiyini necə qeyd etmək barədə düşünərkən dahi Üzeyir Hacıbəylinin məşhur operettasını tələbələrin ifasında səhnələşdirməyi qərara alıblar - hesab ediblər ki, 70 illik yubileyə ən yaddaqalan, orijinal hədiyyə bu ola bilər...

Dəvət olunanlar arasında "Neft Daşları"nda çalışan işçilər, mühəndislər, neft sektorunun rəhbər şəxsləri, SOCAR-ın rəhbərliyi və tələbələr də var idi. Tamaşa çox maraqlı və yaddaqalan oldu.

Rektor ifaçı-tələbələr arasında Prezident təqaüdçülərinin, dərslərində uğurlu olan gələcəyin mühəndislərinin də olduğunu bildirdi. Mənim üçün isə maraqlı məqamlardan biri də ifaçılar arasında xarici tələbələrin olması idi. Məşədi İbadın hamam və toy səhnələrində xarici tələbələr də oynayırdılar. Fikirləşirdim ki, bu gün, bu tamaşa, bu salon, bu zal, Üzeyir bəyin bu ölməz musiqisi tələbələrin yaddaşından heç zaman silinməyəcək. Bu xatirə hər zaman yaşayacaq.

Məncə, bu axşamın özündə də bir simvolika vardı. Neft və sənət, neft və musiqi, "Neft Daşları" yatağının 70 illiyi və dahi Üzeyir bəyin uzun illərdir, sevilən operettası, neft və Azərbaycan mədəniyyəti... Düşünürəm ki, ölkəni, nefti və mədəniyyəti təbliğin ən yaxşı yolu da elə budur. Bu orijinal tapıntıya və əsl bayrama görə Elmar Qasımova təşəkkür düşür.

***

Qayğıkeş babaya oxşayıram?! :)

***

Hər şey gözəl idi, ayaqqabı sıxmasaydı...

***

Əflatun Amaşova bir neçə kitabımı bağışladım. Şeir kitabımı isə xanımı üçün imzaladım. Səhər-səhər zəng gəldi. Əvvəl Əflatun sevgi şeirlərinin toplandığı "Səbəbi sənsən" kitabı barədə xoş sözlər söylədi, sonra Nərgiz xanım telefonu aldı, daha çox təriflədi, xoş, təsirli sözlər dedi. Səhər tezdən dost ailəsindən belə xoş sözlər eşitmək yaxşı ovqata səbəb oldu.

Siz də "Səbəbi sənsən"i tapıb oxuyun. Yaxşı olmaq üçün səbəb axtarın!..

***

Guya biz elə sözlər yaza bilmərik?! Beş qat artığını yazarıq.

***

Qarğa-quzğunlar zibilə, leşə yığışır...

***

Vaxt çox idi, tire (-)-ni də qoya bilərdim...

***

"Səhv yaşadım" düşüncəsi amansızdır - keçmişə əlin çatmır, gələcək isə dumanlı boşluğa çevrilir...

***

Adam iddialıdır!..

***

Rəğbət yaxşı hərəkətlərin cəmindən yaranır.

***

Nolub axı?! Adam kimi sürün də...

***

Xumar xanımdan səhər nikbinliyi...

(Səhər-səhər sosial şəbəkələri Xumar Qədimovanın Nəsiminin 650 illiyi münasibətilə şairin "Neylərəm" qəzəlinə bəstələdiyi və oxuduğu mahnı bürüdü. Xoş ovqat yaratdı. Şahanə Müşfiq bu layihə barədə esse yazdı, əla da başlıq tapdı: "Nəsimiyə Xumar baxış").

***

Səslənməsi gözəldir, heç məğzinə yaraşmır - Dönük.

***

Bunlar oynayırlar...

***

Guya o "pəpişqulu"lardan sənin nəyin əskikdir ki?!

***

Gözəl Qadına görə inqilaba qoşulanlar çox olub.

***

Min cavana dəyən qocalar da var! :)

***

Sözün gücünü hiss etməkdən, təsirini görməkdən alınan zövqü heç nə əvəz edə bilməz.

***

Hər paylaşıma 100 profil taq etməzlər. (M.Z.)

***

Yollar yenə bağlanacaq. Özbək qonaqlar gəlir.

***

Hesab edin ki, kənddən indi gəlmisiz, heç nəyiniz yoxdur, hər şeyi sıfırdan başlamalısız. Onda rahat olacaq.

***

Bizim yaxşı vaxtlarımız çoxdan keçib.

***

Pislik elədiyi adamlar yuxusuna girirdi...

***

Hərdən adamın könlündən "vodka" içmək keçir.

***

Elə deputat var?!

***

"Orta zəkalılar cənnəti" (Z.Livaneli).

Gərək "Geri zəkalılar cənnəti" deyəydi...

***

Gün düşənlər yarıdı, qaldı kölgədəkilər...

***

Dişə vurulmalı kimsə qalmadı.

***

Gözəllik əbədidir. Ardı gəlir, yenilənir.

***

Qaramat çoxalıb yan-yörədə...

***

Dəli şeytanı sevənlər maraqlıdır.

***

Kütlənin sevgisi sürüşkəndir, ona etibar yoxdur.

***

Sizdə ki hələ 69-dur, Siz niyə dilxorsunuz?! :)

***

Bu gün arxa küçələri yaxşı tanıyan sürücülər qazandılar.

***

18 yaşımda ilk dəfə mənə şərab içirdən Xalq şairi Hüseyn Arif meyi belə tərif edirdi: "İç, iç. Şərab pis şey olsa, bəşəriyyət onu min ildir yaşatmazdı!" :)

***

Tıxac statuslara can verir. :)

***

"Report"un ad günündən qaçıb "Reef" restoranının açılışına gəldim. Üç Günayın selfisinə - tam cənnətə düşdüm! :)

***

Qocaların üstünə ellikcə düşmək, onları ironiya, lağ, gülüş hədəfinə çevirmək düz deyil, axı. Qoca hər evdə, həmişə var. Hamısına toxunur axı, bu ironiyalar. Bizə, xalqımıza xas bir üstün dəyəri laxladırıq bununla. :(

***

Ömür dəvətnamələrdə xatırlanır.

***

Bir öpüşlük canları var.

***

"Hədəf" Nəşrlər Evinin 10 illiyi qeyd olundu. Təbrik edirik. Qonaqlara da çoxlu kitablar hədiyyə etdilər. Sağ olsunlar. Nəşriyyatın təsisçisi Şamil Sadıq çıxışında dedi ki, hər dəfə xaricdən - kitab yarmarkalarından böyük ümidlərlə geri dönürük, bizdə də kitab satışının artacağını, tirajların çoxalacağını düşünürük. Amma bir müddət sonra ümidlər yenə öləziyir, qol-qanadımız yanımıza düşür. Amma dayanmırıq!..

Bu əzmkarlığı çox bəyəndim. Tədbirin keçirildiyi məkana -  "Hədəf" liseyinə də heyran qaldıq. Uğurlar! Ümid sonda ölür. Əzminizi itirməyin!..

***

İmplantın laxlayırsa, diş həkimin qocalıb. :)

***

Sizdə haçansa bir adam bütün dünyanı əvəz edib?! Məncə, yox! Siz gəncsiniz. Amma həm də müdriksiniz. Dünyanı çılpaq görə bilirsiniz. Çılpaq görəndə isə sehir itir?! :)

***

Zövqünə uyğun kitablar seçib bağışladığın adam...

***

Sevəndə hamıya mehriban olursan.

***

Dünya yekə yazı lövhəsidir - saytdır də indi...

***

Cümləsinin başı-ayağı bilinmir, iddiası yerə-göyə sığmır...

***

Eynəklər imkan vermədi gözləri görməyə...

***

Günəşə aldanmayın, hava soyuqdur!

***

Bəyəndim bolqar atalar sözünü - qızın gülüşünə, qışın günəşinə inanma. :)

***

Əfsanələri dəyişmək olmaz.

***

Nara görə təşəkkür. Dadlı idi.

***

Sosial şəbəkədə riyakarlıq daha asandır  - göz gözü görmür, üz üzdən utanmır. :)

***

Hərə öz ürəyindən tikan çıxaran statusu bəyənir.

***

Bütün xəyalpərəst və sadəlövhlər yeniyetməliyində "Martin İden" oxuyanlardır...

 





30.10.2019    çap et  çap et