525.Az

Əbülfəs Qarayev: "Musiqi məktəblərində nağara müəllimləri çatışmır"


 

Əbülfəs Qarayev: "Musiqi məktəblərində nağara müəllimləri çatışmır"<b style="color:red"></b>

"Bir çox ölkələrdə yaradıcı ittifaqlar dövlət tərəfindən dəstəklənmir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan musiqisinə göstərdikləri qayğı göz önündədir:

"Bir çox ölkələrdə sənət adamlarına fəxri adlar, təqaüdlər, mənzillər verilmir. O ölkələrdə yaradıcılıq biznes mühitinə çevrilib. Azərbaycanda isə yaradıcılığa verilən dəstək məlumdur. Sirr deyil ki, həm yaradıcılıq ittifaqlarının fəaliyyətinə diqqət edilir, həm də fərdi şəkildə yaradıcı şəxslərə dəstək göstərilir".

Nazir Azərbaycanda yaşanan sosial rifahın yaradıcı adamlardan da yan keçmədiyini qeyd edib:

"Keçmiş sovet ölkələrinin hamısında heç də belə deyil. Elə bir festival, tədbir yoxdur ki, dövlət onu həm maliyyə, həm də mənəvi tərəfdən dəstəkləməsin. Artıq Azərbaycanda bir sıra dünya səviyyəli festivallar təşkil olunur. Bunu dəyərləndirmək lazımdır. Bu gün yaradıcı insanlar prezidentin apardığı siyasətin konkret nüanslarını dəyərləndirməli və yaradacı prosesin daha mütəşəkkil şəkildə keçirilməsinə can atmalıdırlar. Hesab edirəm ki, yaranan hər yeni əsər təkcə hansısa bəstəkar üçün deyil, bütövlükdə xalqımız üçün də əhəmiyyətli hadisədir".

Ə.Qarayev Bəstəkarlar İttifaqına Azərbaycan musiqisinin növbəti 5-10 il ərazində hansı meyarlara doğru inkişaf edəcəyini müəyyənləşdirməyi tövsiyə edib:

"Musiqi məktəblərində hansı dərslər tədris olunmalıdır, hansı yeni alətlər gətirilməlidir, bunlar müəyyənləşdirilməlidir. Musiqi məktəblərində daha çox piano dərsləri tədris olunur, amma digər alətlərə maraq azdır. Bəs sabah simfonik əsərlərimizi kimlər ifa edəcək? Mən həqiqətən çox narahatam, Musiqi Akademiyasından, Milli Konservatoriyadan məzun olanlar başqa sahə ilə məşğul olurlar. Musiqi məktəblərində nağara müəllimləri çatışmır. Çünki bu sahədə təhsil yoxdur. Buna görə də biz musiqi portalı yaratmışıq ki, bölgələrdəki musiqi məktəblərinin şagirdləri də bəstəkarlarımızın əsərlərindən istifadə edə bilsinlər. Bu kimi problemlərin aradan qaldırılması üçün  Bəstəkarlar İttifaqınının üzvləri gənc musiqiçilərin formalaşmasına səy göstərməlidirlər".

 





30.10.2019    çap et  çap et