525.Az

Bundestaqın deputatı: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır”


 

Bundestaqın deputatı: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır”<b style="color:red"></b>

“Azərbaycan və Almaniya arasında əlaqələr inkişaf edir”.

Bunu APA-ya Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının deputatı Yan Metsler deyib.

Ötən il Almaniya kansleri Angela Merkelin Azərbaycana səfər etdiyini xatırladan deputat bildirib ki, Azərbaycan ölkəsinin maraq dairəsindədir.

Onun sözlərinə görə, iki ölkə arasında çox məhsuldar əlaqələr mövcuddur.

Azərbaycan və Avropa İttifaqı (Aİ) əlaqələrinə toxunan Yan Metsler vurğulayıb ki, Şərq Tərəfdaşlığı Aİ və Almaniya üçün önəmlidir: “Hər zaman bu istiqamətdə Azərbaycanla əlaqələrin əhəmiyyətini vurğulamağa, göstərməyə çalışırıq. Mənim Azərbaycana səfərim də bunun göstəricisidir”.

Deputat qeyd edib ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır.

“Buna görə də biz prosesin həllində balanslı olmalıyıq”, - deyə, o bildirib.

 





30.10.2019    çap et  çap et