525.Az

Təranə Vahid Başqırdıstanda beynəlxalq müsabiqənin qalibi olub


 

Təranə Vahid Başqırdıstanda beynəlxalq müsabiqənin qalibi olub<b style="color:red"></b>

Ufa şəhərində Başqırdıstan Respublikasının yaranmasının 100 illiyi və Başqırdıstanın Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən "Qızıl Kuray" Beynəlxalq jurnalistlər müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Müsabiqəyə Rusiya Federasiyasının bir çox bölgələrindən, eləcə də Azərbaycan, Türkiyə, Çexiya, Kanada, Çin və digər ölkələrdən 100-dən çox yazı təqdim olunub.

Yeddi nominasiya üzrə keçirilən beynəlxalq müsabiqənin münsiflər heyətinə Rusiya Federasiyası Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov rəhbərlik edib. Müsabiqədə azərbaycanlı yazıçı-jurnalist, "Ulduz" jurnalının baş redaktor müavini Təranə Vahid "Yamantau dağı, başqırd nəğmələri və kuray çiçəyinin sirri" adlı araşdırma yazısına görə jüri tərəfindən birinci yerə layiq görülüb.

"Qızıl Kuray" mükafatını Təranə Vahidə Başqırdıstan Respublikasının Mədəniyyət naziri Amina Şafikova təqdim edib.

ŞAHANƏ

 





30.10.2019    çap et  çap et