525.Az

"İrana qaz sanksiyasından Türkiyə və Azərbaycan ziyan çəkəcək"


 

"İrana qaz sanksiyasından Türkiyə və Azərbaycan ziyan çəkəcək"<b style="color:red"></b>

Avropa Birliyinin (AB) İrandan təbii qaz idxalına tətbiq edəcəyi sanksiya dünya bazarına çox təsir göstərməyəcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Enerji İnformasiya Təşkilatının yaydığı hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, AB-nin İrandan təbii qaz idxalına tətbiq edəcəyi sanksiyadan daha çox Türkiyə və Azərbaycan Respublikasının bir hissəsi zərər çəkəcək.

Qeyd edək ki, İran ən çox Türkiyəyə təbii qaz ixrac edir, Azərbaycan isə Naxçıvan Muxtar Respublikasını təmin etmək üçün bu ölkədən təbii qaz alır.

 





11.10.2012    çap et  çap et