525.Az

Moskvada Nəsiminin abidəsinin açılışı oldu


 

Moskvada Nəsiminin abidəsinin açılışı oldu <b style="color:red"></b>

Rusiyanın paytaxtı Moskvada Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin abidəsinin açılışı olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel və hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nəsiminin abidəsi M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ucaldılıb.

Abidənin müəllifi heykəltəraş Aydın Zeynalovdur.

Qeyd edək ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycanda 2019-cu il “Nəsimi ili” elan edilib.

 





31.10.2019    çap et  çap et