525.Az

Beynəlxalq Kosmik Stansiyaya gedəcək 63-cü ekspedisiyanın tərkibi məlum olub


 

Beynəlxalq Kosmik Stansiyaya gedəcək 63-cü ekspedisiyanın tərkibi məlum olub<b style="color:red"></b>

2020-ci ilin aprel ayında NASA kosmonavtları Kris Kassidi, həmçinin rus kosmonavtlar Nikolay Tixonov və Andrey Babkin Beynəlxalq Kosmik Stansiyaya (ISS) 63-cü ekspedisiyaya yola düşəcəklər.

APA-nın TASS-a istinadla verdiyi məlumata görə, yeni heyət hazırda orbital stansiyada olan NASA kosmonavtları - Cessika Meiri, Andrey Morganı, eləcə də rusiyalı kosmonavt Oleq Skripoçkanı əvəz edəcək.

Heyətin rəhbəri Kris Kassidi olacaq. 63-cü ekspedisiya 2020-ci ilin oktyabrına qədər davam edəcək.

Qeyd edək ki, bu uçuş Kassidinin Kosmosa üçüncü səfəri olacaq. O, 2009-cu ildə “Endeavour” kosmik gəmisində kosmosa uçuş edən 500-cü adam olub. Kassidi 2013-cü ildə İSS-ə gedən 35 və 36-cı ekspedisiyalarda iştirak edib, ümumilikdə orbitdə 182 gün keçirib.

 





31.10.2019    çap et  çap et