525.Az

Elmira Süleymanovadan istefa verməli olduğu barədə çağırışlara münasibət


 

Elmira Süleymanovadan istefa verməli olduğu barədə çağırışlara münasibət<b style="color:red"></b>

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA-nın məlumatına görə, Ombudsman jurnalistlərə açıqlamasında bildirib ki, işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözləyir:

“Sosial şəbəkələrdə adımın hallandırılması başqa bir məsələdir, bu haqda danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda “rəsmi qərarı gözləyirəm” dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm”.

 





01.11.2019    çap et  çap et