525.Az

Demi Mur Nanə Ağamalıyevanın verilişində


 

Demi Mur Nanə Ağamalıyevanın verilişində “ATV” kanalında yayımlanan “Gün keçir” verilişinin yeni mövsümdə ilk qonağı məşhur Hollivud aktrisası Demi Mur olacaq.

525.az-ın məlumatına görə, bu məqsədlə proqramın teleaparıcısı Nanə Ağamalıyeva bir neçə gün əvvəl İsveçin paytaxtı Stokholma yollanıb.

Tamaşaçılar bu aydan etibarən fərqli formatda efirə gedəcək verilişin ilk buraxılışında məşhur aktrisanın müsahibəsi ilə tanış ola biləcəklər.
 





04.09.2012    çap et  çap et