525.Az

“İrəli” Bayraq gününə həsr olunan aksiyaya start verdi - Fotolar


 

“İrəli” Bayraq gününə həsr olunan aksiyaya start verdi - <b style="color:red">Fotolar</b>

“İrəli” İctimai Birliyi Dövlət Bayraq Gününə həsr olunan “Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiyaya start verib.  

Birliyin sədri Mirhəsən Seyidov aksiya haqqında fikirlərini səsləndirərkən qeyd edib ki, ölkə başçısı hər zaman çıxışlarında xüsusi olaraq vurğulayır və çağırış edir ki, Azərbaycan gənci vətənpərvər ruhda yetişməlidir: “Azərbaycanın üçrəngli dövlət bayrağı milli atributdur və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan gənci müsair texnologiyalardan və vasitələrdən düzgün qaydada istifadə etməli, informasiya müharibəsində rəqəmsal platforma və rəqəmsal texnologiyanın imkanlarından yararlanmalıdır. Biz də “İrəli” komandası olaraq “Üçrəngli Bayrağın Kölgəsində Mən” askiyasına start verdik. Aksiyanın əsas məqsədi yerli və xarici platformada yer alan gəncləri şanlı Azərbaycan bayrağının altında toplaşmağa səsləməkdir”.

M.Seyidov əlavə edib ki, 6 gündür, başlayan aksiyaya Azərbaycanın müxtəlif regionlarının Gənclər və idman idarələri, gənclər təşkilatları, gənclər evi və mərkəzləri, peşə təhsili müəssisələri, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, Olimpiya İdman Kompleksləri, “İrəli” İctimai Birliyinin  aktiv üzvləri, müxtəlif idman federasiyaları, mətbuat orqanları, ali təhsil müəssisələri, özəl və dövlət qurumları, nazirliklər qoşulub”.

Aksiyaya dəstək olmaq istəyənlər öz eyvanlarından bayrağımızı asa, şəkillərini şəxsi profillərində #bayraqmenliyimdir həştəqi ilə paylaşa və birliyin “Facebook” səhifəsinin mesaj qutusuna göndərə bilərlər.

Qeyd edək ki, aksiyaya “525-ci qəzet”in əməkdaşları da qoşulublar.

Cavid QƏDİR

 





01.11.2019    çap et  çap et