525.Az

Bazar günü yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq


 

Bazar günü yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq<b style="color:red"></b>

Ekologiya və Təbii Sərbətlər Nazirlyi (ETSN) noyabrın 3-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz  14-19° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-11° isti, təşkil edəcək.

 





02.11.2019    çap et  çap et