525.Az

Həftəlik hava proqnozu


 

Həftəlik hava proqnozu<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi həftəlik hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında həftə ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-19 dərəcə isti arasında dəyişəcək.

Azərbaycanın rayonlarında həftə ərzində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti arasında dəyişəcək.

 





04.11.2019    çap et  çap et