525.Az

Yaponiyanın Baş Naziri Cənubi Koreya Prezidenti ilə görüşüb


 

Yaponiyanın Baş Naziri Cənubi Koreya Prezidenti ilə görüşüb<b style="color:red"></b>

Yaponiyanın Baş Naziri Şinzo Abe və Cənubi Koreya Prezidenti Mun Ce-in görüşüblər.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, iki lider arasında görüş Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyasının (ASEAN) Bankokda keçirilən iclası çərçivəsində baş tutub.

11 dəqiqə davam edən görüşdə tərəflər iki ölkə arasında münasibətləri müzakirə ediblər.

Cənubi Koreya Prezidenti Yaponiya ilə dərinləşən siyasi və ticari sahədə narazılığı aradan qaldırmaq üçün yüksək səviyyəli görüşlərin keçirilməsini təklif edib. Bu barədə Cənubi Koreya hökumətinin sözçüsü Ko Min-Yunq deyib. "Prezident Mun, lazım gələrsə, daha yüksək səviyyəli danışıqların keçirilməsini təklif etdi və Baş Nazir Abe də bütün mövcud vasitələrlə həll yolunun tapılmasının vacibliyini vurğuladı".

Xatırladaq ki, iki ölkə arasında diplomatik gərginlik ötən ildən yaranıb. 2018-ci ildə Cənubi Koreya məhkəməsi Yaponiya şirkətlərinin müharibə dövründə məcburi əməyə cəlb edilmiş koreyalılara kompensasiya ödəməsi barədə qərar çıxarıb. Bu qərar Yaponiya tərəfindən pislənilib və bildirilib ki, Yaponiya 1965-ci ildə qonşu ölkələrlə mübahisəli məsələləri həll edib.

 





04.11.2019    çap et  çap et