525.Az

Snouden Merkellə bağlı ABŞ-ın üzünə durmağa hazırdır


 

Snouden Merkellə bağlı ABŞ-ın üzünə durmağa hazırdır<b style="color:red"></b> ABŞ Milli Təhlküəsizlik Xidmətinin keçmiş əməkdaşı Edvard Snouden Almaniya Baş Prokurorluğu ilə əməkdaşlıq etməyə, yaxud parlamenti komissiyasına kansler Angela Merkelin danışıqlarının dinlənilməsi barədə şahidlik etməyə hazır olduğunu boyun olub.
 
Lent.az-ın «RİA Novosti» -yə istinadən məlumatına görə, oktyabrın 31-də bundestaqın deputatı Hans-Kristian Ştryobel Moskvada qaçqın kəşfiyyatçı ilə görüşdükdən sonra bu açıqlamanı verib.
 
«O, yaranmış şəraitə aydınlıq gətirməyə prinsipcə hazır olduğunu bildirdi. Biz bunun uzun müddət və hərtərəfli müzakirə etdik» - deyə, deputat söyləyib.
 
Hans-Kristian Ştryobelin sözlərinə görə, danışıq zamanı Snouden «aşkar şəkildə daha çox bildiyini» anladıb.
 
Mənbə bildirib ki, noyabrın 18-də ABŞ xüsusi xidmət orqanın Almaniyadakı fəaliyyəti, o cümlədən A.Merkelin danışıqlarına qulaq asılmasını araşdırmaq üçün parlamentin fövqəladə sessiyası çağırıla bilər.
 





01.11.2013    çap et  çap et