525.Az

Avropa çempionatında 7 medal - karateçilərimizin növbəti uğuru


 

Avropa çempionatında 7 medal - <b style="color:red">karateçilərimizin növbəti uğuru</b>

Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində Vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib. 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar. Çempionatda ölkəmiz 10 idmançı ilə təmsil olunub.

Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, “Judo Club 2012”nin karate bölməsinin rəhbəri, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi ilə Macarıstana yollanan karateçilərimiz fərdi yarışlarda 7 (2 qızıl, 4 gümüş, 1 bürünc) medal qazanıblar. Komanda yarışlarında da idmançılarımız uğurla çıxış ediblər. 16-17 yaşlı karateçilərin mübarizəsində bütün rəqiblərinə qalib gələn Azərbaycan komandası birinci yeri tutub.

Onu da qeyd edək ki, yığma komandanın tərkibində “Judo Club 2012” 8 idmançı ilə təmsil olunub. Çempionatda fərdi yarışlarda qazanılmış medallardan 6-sı (2 qızıl, 3 gümüş, 1 bürünc) onların payına düşüb. Belə ki, Musa Məmmədov (14-15 yaş) -63 kq, Fərid Ağayev (16-17 yaş) -76 kq çəki dərəcələrində qızıl, Rəsul Abbasov (14-15 yaş)  -57 kq, Abbas Dadaşov (16-17 yaş) -68 kq,  Adil Quliyev (16-17 yaş) -76 kq çəki dərəcələrində gümüş, Kənan Babayev (16-17 yaş)  -68 kq çəki dərəcəsində bürünc medala sahib olublar.

“Judo Club 2012”nin yetirmələri Fərid Ağayev, Abbas Dadaşov, Kənan Babayev, çempionatda  16-17 yaşlı karateçilərin komanda yarışlarının qalibi olan millimizin tərkibində əzmkarlıqla mübarizə aparıblar.

 





05.11.2019    çap et  çap et